XƏBƏR LENTİ

26 Noyabr 2020
25 Noyabr 2020

Digər Xəbərlər

05 Fevral 2019 - 19:55

Nazirlikdən meşələrdən yığılan meyvələrlə bağlı qadağa qərarına reaksiya:"Bu qərar mühüm əhəmiyyət kəsb edir" 

“Meşələrdə yabanı meyvələrin icazəsiz yığılmasından dəyən ziyana görə cərimə tətbiqi əvvəllər də mövcud idi. Cərimələr Nazirlər Kabinetinin 2004-cü il tarixli 145 nömrəli qərarı əsasında müəyyən edilmişdi. Hazırda həmin qərara dəyişiklik edilib və cərimələrin məbləği artırılıb”.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin meşələrin inkişafı departamentinin direktor müavini Ağaqardaş Qaraşov məlumat verib.

O bildirib ki, son 14 il ərzində cərimələrin məbləği çox aşağı olub: “Cərimələrin məbləğində edilən dəyişiklik meşələrin qorunub mühafizə olunmasına və təqsirkar şəxslərin maddi məsuliyyətinin artırılmasına, meşə fonduna vurduqları faktiki ziyana uyğunlaşdırılmasına xidmət edir. Meşə ehtiyatlarının mühafizəsi sahəsində səmərəli mexanizmin tətbiqi, eləcə də meşələrə olan müdaxilələrin qarşısının alınması baxımından bu qərar böyük əhəmiyyət kəsb edir. Qərara edilən yeni dəyişikliklərə əsasən, meşə ərazilərində icazəsiz yığılan meşə sərvətlərinin hər kiloqramı üçün cərimələrin məbləği 3 dəfəyədək artırılıb. Məsələn, itburnu, şabalıd, fındıq və dərman bitkilərinin icazəsiz yığılması üçün əvvəl cərimə 80 qəpik idisə, indi 2 manatdır. Çaytikanı, qoz üçün tətbiq edilən cərimə əvvəl 1 manat 20 qəpik idisə, indi 3 manata bərabərdir. Ümumiyyətlə, meşə ehtiyatlarının bütün parametrləri üzrə, məsələn, mal-qara otarılmasına, ot çalınmasına, ağacların və kolların zədələnməsinə və digər müvafiq hallara görə də cərimələr artırılıb”.

Azərtac