XƏBƏR LENTİ

03 İyun 2020
02 İyun 2020

Digər Xəbərlər

08 Fevral 2019 - 10:43

“Müsyö Jordan” vəfat etdi –Məşhur aktyor Sergey Yurski dünyasını dəyişib

Moskvada Rusiyanın xalq artisti Sergey Yurski vəfat edib.

Strateq.az bildirir ki, bu barədə mərhum aktyorun çalışdığı Mossovet teatrından açıqlama verilib.

Ötən ilin dekabr ayından ağır vəziyyətdə xəstəxanaya yerləşdirilən S. Yurskinin vəziyyəti normallaşsa da sonradan yenidən pisləşib. S.Yurski 1935-ci ildə Leninqradda anadan olub. Leninqrad Universitetinin hüquq fakültəsini bitirib. 3-cü kursdan Leninqrad Tetar İnstitutuna keçib. S.Yurski sovet filmlərində bir çox yaddaqalan obrazlar yaradıb. Azərbaycan tamaşaçıları onu “Dərviş Parisi partladır” filmində müsyö Jordan rolu ilə xatırlayırlar.