“Azərbaycanda uşaqlarda ən çox inkişaf qüsurlarına rast gəlinir. Bu hal patologiyaların 80 faizini təşkil edir”.
“Report” xəbər verir ki, bunu Tibb Universitetinin Uşaq cərahiyyəsi kafedrasının müdiri Ramiz Poluxov deyib.
O bildirib ki, buna xüsusi diqqət yetirilir: “Yeni texnologiyaların tətbiqi ilə bütün uşaqlarda endoskopik əməliyyatları icra edə bilirik. Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında uşaqların qısa müddətdə reabilitasiyası üçün bütün şərait mövcuddur”.