XƏBƏR LENTİ

29 May 2020
28 May 2020

Digər Xəbərlər

12 Fevral 2019 - 09:34

AMEA-da sabiq prezident  Eldar Salayevin portreti niyə asılmır? –  AÇIQLAMA

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) dəhlizində və konfrans zalında bu elm ocağının bütün keçmiş prezidentlərinin şəkli asılsa da, Eldar Salayev həmin sırada gözə dəymir.

Qeyd edək ki, Əməkdar elm xadimi, Dövlət mükafatı laureatı, akademik Eldar Salayev 1983-1997-ci illərdə AMEA-nın  prezidenti olub.

Modern.az saytı məsələnin mahiyyətini öyrənmək üçün Azərbaycan Milli Elmlər Akademiyası ilə əlaqə saxlayıb.

AMEA-nın mətbuat xidmətindən saytımıza verilən məlumata görə, Salayevin şəklinin olmamasının bir səbəbi var.

Akademiyanın iclasları keçirilən yerdə sabiq prezidentlərin şəkli var. Həmin yerdə Eldar Salayevin şəkli yoxdur. Ona görə ki, Eldar müəllim sağdır. Sadəcə ora dünyasını dəyişən prezidentlərin şəklini vurublar”.

Mətbuat xidmətindən o da bildirilib ki, Eldar Salayevin gözləri tutulduğundan hazırda aktiv elmlə məşğul ola bilmir: Eldar Salayev haqqında AMEA-da kifayət qədər material var. Onun Rəsul Quliyevin qohumu olması fizik kimi fəaliyyət göstərməsinə heç vaxt mane olmayıb. Hətta hazırda səhhətinə görə işə nadir hallarda gəlir. Akademiya ona xüsusi maşın da verib. AMEA-nın prezidenti Akif Əlizadə, ümumilikdə Rəyasət Heyəti  tərəfindən Eldar Salayevin hörməti xüsusi saxlanılır”.

Eldar Salayev 1933-cü ildə dekabrın 31-də Naxçıvanda dünyaya gəlib. 1970-1973-cü illərdə Azərbaycan EA Fizika İnstitutunda elmi işlər üzrə direktor müavini işləyib, 1975-ci ildə fizika-riyaziyyat elmləri doktoru alimlik dərəcəsi alıb. 1979-cı ildən professordur.

1980-cı ildə EA-nın müxbir üzvü, 1983-cü ildə isə həqiqi üzvü seçilib. 1983-1997-ci illərdə AMEA-nın prezidenti olıub. Akademik S.İ.Vavilov adına, H.Z.Tağıyev adına, N.Nərimanov adına mükafatların laureatıdır. İslam Akademiyasının üzvüdür.

Eldar Salayev bərk cisim fizikası, kvant elektronikası və fotoelektronika sahəsində alimdir.