Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın katibi Kamal Cəfərov sabah sosial şəbəkədə canlı yayımla sualları cavablandıracaq.
Strateq.az bildirir ki, bu barədə K. Cəfərov öz səhifəsində yazıb: “13 fevral tarixində saat 19.30-da “Facebook”-da canlı yayım vasitəsilə son zamanlar KİV-də vətəndaşların və xüsusilə bu sahədə ekspertlərin marağına səbəb olan – “2018-ci il Korrupsiya Qavrama İndeksi”ndə Azərbaycanın reytinqi ilə bağlı baş vermiş dəyişikliklərin əsl səbəblərindən danışacağam.
Eyni zamanda Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın fəaliyyəti və bu sahə üzrə sizləri maraqlandıran sualları cavablandıracağam”.