XƏBƏR LENTİ

03 İyun 2020
02 İyun 2020

Digər Xəbərlər

25 Fevral 2016 - 02:33

JTI şirkəti daha bir su təchizatı layihəsi həyata keçirdi –Bu dəfə Yardımlıda

yardimli-1

 

"Japan Tobacco International" (JTI) şirkətinin Azərbaycandakı nümayəndəliyi ölkədə əhalinin içməli su ilə təminatı sahəsində daha bir layihə həyata keçirib.

 

Strateq.az-ın xəbərinə görə, sayca beşinci olan layihə Yardımlı rayonunun Şiləvəngə kəndində Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumu (MQF) və Yardımlı Rayon İcra Hakimiyyəti ilə birlikdə həyata keçirilib.

 

Açılış mərasimində çıxış edən Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı Sevindik HətəmovMQF-nin prezidenti Rauf Zeyni kənd ərazisində içməli su ilə bağlı ciddi problem olduğunu bildirərək, layihənin əhəmiyyətini qeyd edib və onun icrasında maliyyə dəstəyi göstərdiyinə görə JTI şirkətinə öz minnətdarlığını bildiriblər.

 

Daha sonra çıxış edən JTI şirkətinin Azərbaycandakı nümayəndəliyinin meneceri Əli Verdiyev JTI şirkətinin ölkədə həyata keçirdiyi Korporativ Sosial Məsuliyyət layihələrindən danışaraq, əhalinin içməli su ilə təminatına dəstək göstərilməsini şirkətin fəaliyyətinin prioritet istiqamətlərindən biri olduğunu qeyd edib. Daha sonra su təchizatı qurğusu yerli əhalinin istifadəsinə verilib.

 

Əhalisinin sayı 2000-ə yaxın olan Şiləvəngə kəndində içməli su layihəsi MQF tərəfindən icra edilib. Təxminən iki ay davam edən işlər nəticəsində sub-artezian quyusu qazılıb, müvafiq borular və bir neçə tonluq çən quraşdırılıb. 2014-cü ildən başlayaraq JTI şirkətinin maliyyə dəstəyi ilə Şəki, Kürdəmir, Lerik və Balakən rayonlarında da su təminatı layihələri həyata keçirilib. Bu layihələrin icrası nəticəsində 20 000-ə yaxın insan içməli su ilə təmin edilib.