XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

25 February 2016 - 11:00

I sinfə şagird qəbulununvaxtı açıqlandı

sagird-1-ciler

 

Təhsil nazirinin 19 fevral 2016-cı iltarixli, 108 nömrəli əmrinə əsasən, 2016-2017-ci dərs ili üçün I sinfə şagird qəbulunun elektron sistem vasitəsi ilə həyata keçirilməsi prosesinə hazırlıq artıq yekunlaşmaq üzrədir.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin mətbuat xidmətindən (BŞTİ) apa.az-ın sorğusuna cavab olaraq bildirilib ki, Bakı şəhərinin ümumtəhsil məktəblərinə, Təhsil Nazirliyinin birbaşa tabeliyindəki lisey və gimnaziyalarına elektron sistem vasitəsilə I sinfə şagird qəbulunun mart ayının əvvəlində başlaması nəzərdə tutulub:

“Bu barədə yaxın günlərdə mediaya və ictimaiyyətə məlumat veriləcək”.

Qeyd olunub ki, şagirdlərin I sinfə elektron sənəd qəbulu www.mektebeqebul.edu.az saytı vasitəsilə həyata keçiriləcək.