XƏBƏR LENTİ

27 May 2020
26 May 2020

Digər Xəbərlər

13 Fevral 2019 - 17:38

Abel Məhərrəmovun həkimindən açıqlama:“Xəstəxanaya daxil olarkən təzyiqi yüksək idi”

Bakı Dövlət Universitetinin sabiq rektoru Abel Məhərrəmovun səhhəti ilə bağlı həkimi açıqlama verib.

Mərkəzi Klinik Xəstəxanasının baş həkimi, ürək-damar cərrahı Kamran Musayev unikal.org-a açıqlamasında bildirib ki, Abel Məhərrəmovun səhhəti hazırda normaldır: “Abel müəllim dünən Mərkəzi Klinik Xəstəxanasına daxil olarkən təzyiqi yüksək idi. Buna görə, ona tibbi müdaxilə etdik. Dünən xəstəxanada həkim nəzarəti altında saxladıq və təzyiqi normallaşdı. Hazırda Abel müəllimin səhhətində problem yoxdur, bu gün evə buraxılacaq”.