XƏBƏR LENTİ

29 Oktyabr 2020

Digər Xəbərlər

13 Fevral 2019 - 15:41

“Azercell” nüfuzlu “Oracle Innovation Award” ilə təltif edilib- FOTO

“Azercell Telecom” MMC fevralın 8-də Bakıda keçirilən “Oracle Cloud Day” illik konfransı çərçivəsində nüfuzlu “Oracle Innovation Award” (“Oracle İnnovasiya Mükafatı”) ilə təltif olunub.

Qeyd edilən mükafat “Oracle Excellence Awards” (“Oracle Mükəmməllik Mükafatı”) qlobal programının bir hissəsidir. Namizədlər layihənin unikallığı, biznes üçün innovasiyanın üstünlüyü, şirkətin ölçüsünə nəzərən həllin miqyasının müqayisəsi, onun çətinliyi və mürəkkəbliyi, arxitekturanın orijinallığı kimi meyarlar üzrə dəyərləndiriliblər.

Qeyd edək ki, “Azercell” Azərbaycanda IT sahəsinə etdiyi töhfəyə görə bu mükafata layiq görülüb. “Oracle Innovation Award” qabaqcıl həllər, texnologiyalar və “Oracle” bulud xidmətləri vasitəsilə çevikliyin artırılması, xərclərin azaldılması, əməliyyatların sürətləndirilməsi, IT infrastrukturunun sadələşdirilməsi sayəsində nəzərəçarpan biznes nəticələri əldə edən və dəyişikliyə nail olan şirkətlərə təqdim olunur. Qaliblər onlarla şirkətlərin sırasından seçilir.

Qeyd edək ki, 2018-ci ildəki uğurlu fəaliyyəti sayəsində “Azercell” biznes sahəsində nüfuzlu “Stevie” mükafatı çərçivəsində “İlin Kommunikasiya Şirkəti”, “İlin Korporativ Sosial Məsuliyyət Proqramı (Avropa üzrə)” və “İnsanların Seçimi üzrə Stevie” (“People`s Choice Stevie Awards”) mükafatı üzrə telekommunikasiya sahəsində “İlin ən sevilən şirkəti” adına layiq görülüb.

Həmçinin ötən il “Azercell Telecom” MMC güclü liderliyin, korporativ mədəniyyətin və insan resurslarının idarə olunması təcrübəsinin davamlı inkişafının göstəricisi olaraq “Investors in People” (“İnsana Sərmayə Standartı”) tələbləri üzrə dəyərləndirilərək “Qızıl sertifikatı”nı qazanıb. Ölkəmizdə “Qızıl sertifikat” qazanan ilk şirkət olmaqla yanaşı, “Azercell” MDB məkanında belə bir uğura imza atan yeganə telekommunikasiya şirkətidir.

Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.