XƏBƏR LENTİ

24 Noyabr 2020

Digər Xəbərlər

18 Fevral 2019 - 18:09

Rusiyada 3 şəhərə qara rəngli qar yağdı –FOTO

Rusiyanın Kuzbas regionunda 3 şəhər qara rəngli qar örtüyünə bürünüb.

Kül kimi qara rəngdə olan qar iki mədən müəssisəsinin ətraf mühitə təsirinin nəticəsidir. Prokopyevsk, Kiselyovsk və Leninsk-Kuznesk sakinləri qara-boz rəngli şəhər mənzərələrinin fotoşəkillərini fəal şəkildə paylaşırlar.

AZƏRTAC bu barədə Rusiya KİV-lərinə istinadla xəbər verir.

Qar üçün qeyri-səciyyəvi olan rəng regionda yerləşən zənginləşdirmə fabriklərindəki kömür tozu tullantıları ilə izah edilir. Müəssisələr faydalı qazıntıların ilkin emalı ilə məşğuldurlar. İstehsalatın əlavə məhsulları – kömür tozu və qırıntıları isə havaya buraxılır. Çirklənmə qara rəngdə qarın yağması ilə nəticələnir.

Ekoloji cinayətin təhqiqatı ilə Rusiyanın Kemerovo vilayətinin prokurorluğu məşğul olur.