XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

25 Fevral 2016 - 15:35

“Əgər imkanlar və resurslar varsa,..” –Əli Əhmədov bank kreditləri ilə bağlı güzəştlərdən danışdı

trend_ali_ahmadov_160710

 

“Əgər imkanlar və resurslar varsa, onlardan istifadə edib lazımi güzəştlər, kompensasiyalar veriləcək”.

Bunu jurnalistlərə açıqlamasında baş nazirin müavini Əli Əhmədov manatın devalvasiyasından sonra bank kreditləri ilə bağlı əhaliyə güzəştlərin olması və bank faizlərinin aşağı salınması məsələsinə münasibət bildirərkən deyib.

Baş nazirin müavini bildirib ki, hazırda bu məsələ hökumət tərəfindən ciddi şəkildə müzakirə edilir:

“Əgər imkan olmasa, o zaman sadəcə olaraq bütün dünyada devalvasiya baş verən ölkələrdə hansı addımlar atılıbsa, Azərbaycan da o addımı atacaq. Hər hansı bir təklifi səsləndirmək çox asandır, amma bunu həyata keçirmək üçün lazımi resursların axtarılması və tapılması ciddi araşdırmalar tələb edir. Mən hesab edirəm ki, əgər bütün bu resurslar olsaydı, o zaman devalvasiya niyə olurdu ki? Mən bununla onu demək istəmirəm ki, hökumət bu məsələdə öz məsuliyyətini kənara qoyur, məsuliyyətdən kənara çəkilir. Xeyr. Amma məsələ ciddi şəkildə araşdırılmalıdır”.

Ə.Əhmədov qeyd edib ki, prezidentin rəhbərliyi altında yaranmış vəziyyətin çox qısa zamanda aradan qaldırılması istiqamətində ciddi işlər görülür:

 

“Güman edirəm ki, çox yaxın zamanda yaranmış bu vəziyyətin nizama salınması üçün görülən işlər öz nəticəsini verəcək. Bu çətinliyin ömrü uzun olmayacaq. Ajiotaj yaratmağa, çox müxtəlif həyata keçirilməsi mümkün olmayan təkliflərin üzərində uzun disskusiya aparmağa ehtiyac yoxdur”.

Publika.az