XƏBƏR LENTİ

31 May 2020
30 May 2020
29 May 2020

Digər Xəbərlər

25 Fevral 2016 - 15:33

İran sahibkarlarından ibarət böyük qrup Bakıya gəlib

 

iran sahib

 

İranın Şərqi Azərbaycan vilayətinin tanınmış sənaye sahibkarları və iş adamlarından ibarət bir qrup Azərbaycan Respublikasında yeni bazarların tapılması məqsədilə Bakıya səfərə gəlib.

 

Strateq.az İRNA-ya istinadən bildirir ki, Təbrizin Ticarət Palatasının üzvü Əlirza Purağabalayinin başçılıq etdiyi ticarət, istehsal, sənaye, texniki və mühəndislik sahəsində işləyən bu biznesmenlər 24 nəfərlik heyətdən ibarətdir.

 

Bu heyət bu gün İranın Azərbaycandakı səfiri Möhsün Pakayinlə görüşüb.  Onlar müxtəlif sahələrdə ticarət əlaəqlərinin geniləndirilməsi yolları, həmçinin bu sahədəki mövcud problemlər barəsində öz fikirlərini bildiriblər.

 

Səfir Azərbaycanı ticarət fəaliyyəti üçün münasib məkan adlandırıb və iş adamlarını uzunmüddətli investisiya və müştərək gəlir baxışı ilə Azərbaycan bazarına daxil olmağa çağırıb.

 

Möhsün Pakayin Azərbaycan Respublikasında fəal iranlı iş adamlarını hərtərəfli dəstəkləməyə hazır olduğunu bildirərək deyib:“Regional şərait İran, Azərbaycan və Rusiyanın iqtisadiyyat sahələrində iş adamlarının üçtərəfli fəaliyyəti üçün imkan yaradıb”

 

İranlı sahibkarlar bu gün Azərbayacn Respublikasının İqtisadiyyat nazirinin müavini, Sahibkarlar Konfederasiyasının rəsmiləri və üzvləri, sənaye maqnatları və iş adamları, Sənaye və Ticarət Palatasının rəsmiləri və üzvləri ilə görüşərək, danışıqlar aparacaq.