XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

19 Fevral 2019 - 18:30

Güclü külək və qasırğa Gürcüstanda 60-dan çox evin damını uçurub –FOTO

Son üç gündə Gürcüstan ərazisində müşahidə olunan güclü külək və qasırğa bir sıra fəsadlar törədib.

AZƏRTAC xəbər verir ki, qasırğa və külək nəticəsində 62 binanın dam örtüyü uçub, 87 ağac aşıb, 32 avtomobilə və digər infrastruktura ciddi ziyan dəyib. Ümumiyyətlə, problemlərlə bağlı Gürcüstanın Fövqəladə Halların İdarə Olunması Xidmətinə 261 müraciət daxil olub. Təbii fəlakətin yaratdığı fəsadlar nəticəsində xəsarət alan olmayıb. Fəsadların aradan qaldırılması istiqamətində müvafiq tədbirlər görülür.

Sinoptiklər ölkə ərazisində güclü küləyin fevralın 20-dən etibarən zəifləyəcəyini bildiriblər.