Bakı metropoliteni vakant iş yerləri ilə bağlı müsabiqə elan edib.
Strateq.az xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev məlumat verib.
Məlumatda qeyd olunur ki, "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti "Qatarın qəbulu və yola salınması üzrə növbətçi" peşəsi üzrə ödənişsiz kurslar təşkil edir:
"Kurslar 1 ay müddətində davam edəcək. Kursu müvəffəqiyyətlə bitirənlər "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin Hərəkət Xidmətində müvafiq peşə üzrə işlə təmin ediləcəklər. Kursda iştirak tələbləri:
Xanımlar üçün:
– Yaş: 18 – 30 arası
– Boy: minimum 170 sm
– Təhsil: minimum tam orta təhsil
– Dil bilikləri:
Azərbaycan dili – Əla
Xarici dil bilmək arzuolunandır
Oğlanlar üçün:
– Yaş: 22 – 30 arası
– Boy: minimum 170 sm
– Hərbi mükəlləfiyyətli
– Təhsil: Texniki Ali
– Dil bilikləri:
Azərbaycan dili – Əla
Xarici dil bilmək arzuolunandır".
Kurslarda iştirak etmək istəyənlər "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin rəsmi veb-səhifəsinin "Karyera və əməkdaşlıq" bölməsinə daxil olub elektron müraciət formasını doldurmalıdırlar. (http://metro.gov.az/az/career/workforus).
Anket doldurularkən "İşləmək istədiyiniz işin adı" xanasına "Qatarın qəbulu və yola salınması üzrə növbətçi" peşəsininin qeyd edilməsi zəruridir.
Müraciət üçün son tarix 04.03.2016-cı il".