XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

22 February 2019 - 10:37

Oğrulara, qumarbazlara, homoseksuallara və narkomanlara məktəbdə müəllim işləmək qadağan olundu –Novruz Məmmədov sənədi təsdiqlədi ( TAM SİYAHI)  

Azərbaycanda 34 xəstəlikdən əziyyət çəkən insanların pedaqoji fəaliyyətlə məşğul olmasına icazə verilməyəcək.

Trend-in məlumatına görə, bu xəstəliklərin siyahısı Nazirlər Kabinetinin yeni təsdiqlədiyi “Pedaqoji fəaliyyətlə məşğul olmağa yol verməyən xəstəliklərin Siyahısı”nda öz əksini tapıb.

Siyahıda alkoqol, kokain, opioidlərin qəbulundan yaranan psixi və davranış pozuntuları, şizofreniya, xroniki sayıqlama pozuntuları, tənəffüs orqanlarının bakterioloji və histoloji təsdiq edilmiş vərəmi, seksual seçimin pozuntusu, kəkələmə (xüsusi təhsil müəssisələri istisna olmaqla), azartlı oyunlara patoloji meyil, yanğına patoloji hərislik (piromaniya), oğurluğa patoloji hərislik (kleptomaniya) və s. kimi xəstəliklərin adları qeyd edilib.

Siyahını tam şəkildə təqdim edirik: