XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

22 February 2019 - 15:45

Yaponiya səfirliyi Ordubadın bu kəndinə su çəkəcək –İmzalanma mərasimi keçirilib (FOTO)

21 fevral 2019-ci il tarixdə  Yaponiya hökumətinin “Ot Kökləri və İnsan Təhlükəsizliyi” Qrant yardımı Proqramı  çərçivəsində “Naxçıvan MR Ordubad rayonu Azadkənddə su təchizatı sisteminin qurulması” layihəsi üzrə qrant müqaviləsinin imzalanma mərasimi həyata keçirilib.

Mərasimdə Yaponiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Teruyuki Katori, Ordubad rayon icra hakimiyyətinin başçısı Elşad Məmmədov, layihəni həyata keçirəcək yerli QHT “Konstitusiya” Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev iştirak edib.

Mərasimdə çıxış edən cənab səfir Katori layihənin icrası nəticəsində, Azadkənd kəndinin sakinlərinin yüsək keyfiyyəti və bol içməli su ilə təmin olunaraq, yaşayış çətinliklərinin azalmasına ümid bəslədiyini vurğulayıb. İcra hakimiyyətinin başçısı E. Məmmədov mərasim iştirakçılarını salamlayaraq, layihənin reallaşması nəticəsində, bölgənin suya olan təlabatının ödənilməsinə, əhalinin yaşayış mühitinin sürətli inkişafına töhfə verəcəyini deyib.

Qrant yardımı çərçivəsində, Ordubad rayonu Azadkənddə su təchizatınin tikintisi layihəsinin ümumi məbləği 89,285 ABŞ dolları təşkil edəcək.  Bu Naxçıvan Muxtar Respublikasında “Ot kökləri və İnsan Təhlükəsizliyi Qrant yardımı” Proqramı çərçivəsində həyata keçirilən sayca 3-cü layihədir. Bu vaxta qədər layihələr üzrə imzalanmış müqavilələrin sayı 243 və ümumi dəyəri isə 20,000,000 ABŞ dolları təşkil edir. “Ot kökləri və İnsan Təhlükəsizliyi Qrant yardımı” proqramı İnsan Təhlükəsizliyi ideyasına əsaslanaraq, inkişaf etməkdə olan ölkələrdə iqtisadi inkişafa dəstək göstərir. İnsan yaşayışı üçün vacib sahələri (təhsil, səhiyyə, yaşayış mühiti) prioritet götürən qrant yardımı proqramı əhalinin həyat şəraitinə birbaşa təsir göstərən xırda infrastruktur layihələrini həyata keçirir. 2018-ci ilə qədər, 141 ölkə və 1 bölgəni əhatə edib.

Yaponiya Höküməti Azərbaycan Respublikasının davamlı inkişafına dəstək verir. Azərbaycan Respublikası müstəqillik əldə etdiyindən bu yana “İnkişaf üçün Rəsmi Yardım”, “Ot kökləri Qrant yardımı”, “Texnoloji yardım”  və bu cür geniş sahələri əhatə edən başqa yardımların ümumi dəyəri 1.1 milyard ABŞ dollarını ötüb.