XƏBƏR LENTİ

29 Oktyabr 2020
28 Oktyabr 2020

Digər Xəbərlər

25 Fevral 2019 - 17:29

Sahil Babayev:"Yeni sosial müavinətlər aprel ayından veriləcək"

Xəbər verdiyimiz kimi Prezident İlham Əliyev əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Bildirlir ki, sərəncamın imzalanmasında məqsəd əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində tədbirləri davam etdirmək və bu tədbirlərin əhatə dairəsini daha da genişləndirməkdir. Musavat.com xəbər verir ki, sərəncamla bağlı əmək və əhalinin sosial müdafiə naziri Sahil Babayev mətbuat konfransı keçirib. Konfransda nazir bildirib ki, böyük inqilabı addım atılır: “Ölkə başçısının imzaladığı sərəncam ciddi şəkildə addımları özündə ehtiva edir. Daha öncəki sərəncamlarla minimum əmək haqqı artırmışdı bu, 600 mindən çox vətəndaşımızı əhatə etmişdi. Son imzalanan sərəncam 577 min vətəndaşımızı əhatə edəcək. Fevral ayında imzalanan sərəncamlarla 1 milyon 500 min vətəndaşımızın sosial vəziyyəti yaxşılaşıb. Biz hər zaman deyirdik ki, sosial müavinətlərin artırılması ilə bağlı işlər aparılır. Sərəncama əsasən 15 gün ərzində təkliflərimizi verəcəyik. Bütün normativ aktlar 1 aprel tarixinədək hazırlanacaq. Aprelin 1-den yeni sosial müavinətlər vətəndaşlarımıza veriləcək. Sosial paketin 1 illik maliyyə dəyəri 400 milyon manatdır. Yəni sosial baxımdan maliyyə paketi iki dəfə artırıldı”.