XƏBƏR LENTİ

01 Dekabr 2020
30 Noyabr 2020

Digər Xəbərlər

25 Fevral 2019 - 17:45

Müəllim və həkimlərə güzəştli ipoteka krediti verilsin –Ombudsman təklif irəli sürdü

Vətəndaşların uyğun qiymətə mənzilə olan ehtiyacının ödənilməsini təmin etmək məqsədi ilə Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən “Güzəştli mənzil” sistemi vasitəsi ilə Yasamal Yaşayış Kompleksində satışa çıxarılmış sosial mənzillərin bir hissəsinin alqı-satqısı başa çatdırılıb.

ONA-nın  verdiyi məlumata görə,  bu, Ombudsmanın 2018-ci il üzrə illik məruzəsində əksini tapıb.

Sənəddə qeyd edilib ki,  həmin mənzilləri həm öz vəsaiti hesabına, həm də güzəştli ipoteka krediti vasitəsi ilə alan vətəndaşlara müvafiq endirimlər tətbiq olunub. Bununla yanaşı, Ombudsman hesab edir ki, ən azı 15 il ümumtəhsil məktəbində müəllim və ya tibb müəssisələrində həkim işləyən şəxslərə ipoteka kreditinin verilməsinə güzəştlərin tətbiq edilməsi, bu məqsədlər Azərbaycan Prezidentinin 2016-cı il 22 iyun tarixli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydası”na müvafiq bəndin əlavə edilməsi zəruridir.