XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

26 Fevral 2019 - 15:27

Komitə sədri sürüşmə zonasında evləri olan məcburi köçkünləri qəbul etdi –Kompensasiya ödəniləcək

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Bakı şəhəri, Səbail rayonu, Bayıl sürüşmə zonasında evləri olan məcburi köçkünləri qəbul edib.

Qəbulda sürüşmə ilə əlaqədar olaraq söküntüsü həyata keçiriləcək 27 evin sahibinin problemləri müzakirə olunub.

R.Rzayev məcburi köçkün ailələrinə onların şəxsi mülkləri hesab olunan evlərin söküntüsü baş tutacağı təqdirdə kompensasiya ödəniləcəyini deyib. O, məsələnin bu həftə ərzində öz həllini tapacağını vurğulayıb/Report.