XƏBƏR LENTİ

03 İyun 2020
02 İyun 2020

Digər Xəbərlər

26 Fevral 2019 - 18:24

Ombudsman Səhiyyə Nazirliyinə təklif göndərdi –Qida və tibbi təminatı ilə bağlı

Ruhi xəstələrin hüquqlarının təmin edilməsi vəziyyətini diqqətdə saxlayan Müvəkkil və Milli Preventiv Qrup Azərbaycanın psixiatriya müəssisələrinə baş çəkib, rəftar, saxlanılma, şəraiti, qidalnma və tibbi yardımın vəziyyəti, yerləşdirilməsi və saxlanılmanın qanuniliyini təsdiq edən sənədlər araşdırılıb.

Bu, Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) 2018-ci il üzrə illik məruzəsində qeyd olunub.

Bildirilib ki, həmin müəssisələrdə müayinə və müalicə prosesi öyrənilib, aşkar olunan nöqsanların aradan qaldırılması ilə bağlı müəssisə rəhbərlərinə tövsiyələr verilib.

Qeyd olunub ki, nəticə olaraq, beynəlxalq standartlara cavab verməyən ruhi-əsəb müəssisələri binalarının yenidən qurulması və ya əsaslı təmir edilməsi, bu müəssisələrdə müalicə alan xəstələrin qida və tibbi təminatının yaxşılaşdırılması, personalın sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı Səhiyyə Nazirliyinə təkliflər göndərilib/Report.