XƏBƏR LENTİ

29 May 2020
28 May 2020

Digər Xəbərlər

27 Fevral 2019 - 16:22

Ekspert:"Bakıda mənzillərin qiyməti ucuzlaşıb"

Bu ilin yanvar ayında Bakıda mənzillərin qiyməti ucuzlaşıb.

Bunu Trend-ə “MBA Group” konsaltinq şirkətinin baş direktoru, daşınmaz əmlak sahəsində ekspert Nüsrət İbrahimov deyib.

N.İbrahimov Trend-ə bildirib ki, Bakıda təkrar mənzil bazarında qiymətlər ay ərzində 0.1 faiz azalıb, lakin ötən ilin müvafiq dövrü ilə müqayisədə 6.41 faiz artıb.

Ekspert bildirib ki, ilkin mənzil bazarında da ay ərzində qiymətlər ucuzlaşıb. Beləki, ilkin mənzil bazarında 1.27 faiz ucuzlaşma, il ərzində isə 9.3 faiz artım müşahidə edilib.

N.İbrahimov bildirib ki, yeni ilin ilk ayında məzillərin qiymətinin ucuzlaşması bazarda aktivliyin aşağı düşməsi ilə bağlıdır. Onun sözlərinə görə, ilin ilk ayında ənənəvi olaraq bazarda aktivlik düşür, lakin sonrakı aylarda yenidən canlanma başlayır.

Qeyd edək ki, 2018-ci ilin son ayında isə Bakıda mənzil bazarında qiymətlərdə artım qeydə alınmışdı. Belə ki, ötən ilin dekabr ayı ərzində təkrar mənzil bazarında qiymətlərdə artım 1.76 faiz, ilkin mənzil bazarında isə 6.11 faiz təşkil edib.