XƏBƏR LENTİ

29 May 2020
28 May 2020

Digər Xəbərlər

28 Fevral 2019 - 11:23

Qanunsuz tikinti ilə bağlı cərimələr… –50 faizi inzibati protokolu tərtib edən qurumun hesabına köçürüləcək

Azərbaycanda tikinti ilə bağlı cərimələrin 50 faizi inzibati protokolu tərtib edən qurumun hesabına köçürüləcək.

Bununla bağlı Şəhərsalma və Tikinti Məcəlləsinə yeni müddəanın əlavə olunması təklif edilir.

Məcəlləyə edilən əlavədə qeyd olunur ki, İnzibati Xətalar Məcəlləsinə əsasən, müvafiq icra hakimiyyəti orqanı tərəfindən tətbiq edilən cərimələrdən (o cümlədən onun tərəfindən inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilən inzibati xətalar haqqında işlər üzrə tətbiq edilən cərimələrdən) toplanan vəsaitin 50 faizi müvafiq icra hakimiyyəti orqanlarının işçilərinin sosial müdafiəsini gücləndirmək məqsədilə müvafiq icra hakimiyyəti orqanlarının hesablarına köçürülür. Bu vəsaitin bölgüsü və ondan istifadə qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.

Layihə Milli Məclisin martın 5-də keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq/Report.