XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

26 February 2016 - 12:50

“Nərə balığını xırda ikən tutub, məhv etmək olmaz…”

ETSN

 

Ekologiya və Təbii sərvətlər naziri fərdi balıq ovu ilə məşğul olan sakinlərin təkliflərini dinləyib​

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətindən verilən məlumata görə, görüşdə balıqçılar nazirlik tərəfindən fərdi balıq ovunun fasiləsiz davam etdirilməsi üçün 2015-ci ildə hüquqi və fiziki şəxslərə verilmiş balıqovlama biletinin hüquqi qüvvəsinin iki ay müddətinə uzadılmasına görə minnətdarlıqlarını bildiriblər. H.Bağırov isə belə görüşlərin keçirilməsini və vətəndaşların üzləşdikləri problemlərin həlli üçün tədbirlərin görülməsini ölkə başçısı tərəfindən verilmiş tapşırıqların yerinə yetirilməsi və dövlət qurumlarının vəzifə borcu kimi dəyərləndirib.

 

Sonra görüş iştirakçıları nazirlə açıq fikir mübadiləsi apararaq bölgədə balıqçılıq sahəsində mövcud vəziyyət və çətinliklər barədə məlumat veriblər. H.Bağırov fərdi balıq ovu ilə məşğul olan Neftçala sakinlərinin rəy və təkliflərini dinləyib, konkret məsələlər haqqında nazirliyin mövqeyini bildirib. Qeyd olunub ki, ETSN öz səlahiyyətləri daxilində balıqçılara kömək göstərəcək.

 

Bununla belə, balıqçıların da üzərinə məsuliyyət düşdüyü, onların qanuni öhdəliklərinin olduğu diqqətə çatdırılıb.

 

“Hamımız birlikdə standarta uyğun gəlməyən balıq tutanları, qadağan olunan ov alətlərindən istifadə edənləri qınaq obyektinə çevirməliyik. Nazirlik tərəfindən balıqartırma zavodlarından su hövzələrinə buraxılan nərə cinsli balıqları xırda ikən tutaraq məhv etmək olmaz”, – deyən H.Bağırov bildirib ki, əks təqdirdə onsuz da ilbəil azalan balıq ehtiyatları yaxın illərdə daha da tükənəcək və ölkənin su hövzələrində balıqçıların gələcək dolanışığı üçün bioresurslar qalmayacaq.

 

Yekun olaraq nazir tərəfindən balıq yetişdirilməsi üçün dəniz və çay kənarlarında süni göllərin yaradılması, Xəzər ölkələri arasında müəyyən edilən kvotanın elə balıqçıların özlərinin iştirakı ilə hər kəsin ailə vəziyyətinə və maddi durumuna görə müəyyənləşdirilməsi barədə təkliflər verilib.

 

Bu təkliflərin dəyərləndirilməsi üçün balıqçıların iştirakı ilə komissiyanın yaradılması məqsədəmüvafiq sayılıb.