XƏBƏR LENTİ

29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

01 Mart 2019 - 12:07

Ombudsmandan sərt tələb –Qeysəriyyə əməliyyatı aparan həkimlərin cəzalandırılmasını istəyir

Ombudsman Elmira Süleymanova Azərbaycanda doğuşun tibbi göstəriş olmadan vaxtından əvvəl qeysəriyyə yolu ilə cərrahi etməklə həyata keçirilməsinin qarşısının alınmasını və bunu edən həkimlərin cəzalandırılmasını istəyir.

Strateq.az Modern.az-a istinadən bildirir ki,  bu barədə Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilin (Ombudsman)  2018-ci ilin illik məruzəsində qeyd edilib.

Sənəddə göstərilib ki, doğuşun tibbi göstəriş olmadan vaxtından əvvəl qeysəriyyə yolu ilə cərrahi etməklə həyata keçirilməsinin qarşısının almaq məqsədilə buna yol verən həkimlərlə bağlı hüquqi məsuliyyət müəyyən edilməli və əhali arasında problemlə bağlı maarifləndirilmə işləri gücləndirilməlidir. Ombudsmanın  2018-ci ilin illik məruzəsi Milli Məclisin martın 5-də keçiriləcək iclasında müzakirə ediləcək.