XƏBƏR LENTİ

29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

01 Mart 2019 - 13:51

Ağsuda zəlzələdən zərər çəkən evlərlə bağlı 1400-dən artıq müraciət daxil olub –FHN

Fevralın 5-də ölkə ərazisində baş verən zəlzələ nəticəsində Ağsu rayonu ərazisində ziyan çəkən ev və obyektlərlə bağlı müraciətlər daxil olmaqdadır.

Rayon Fövqəladə Hallar Komissiyasından Trend-ə verilən məlumata görə, bu günə qədər komissiyaya 1400-dən artıq müraciət daxil olub: “Komissiya müraciətləri fərdi qaydada araşdırır, dəymiş ziyan müəyyənləşdirilir. Artıq müraciətlər əsasında 1250-dən artıq ev və obyektə baxış keçirilib. Mənzil və obyektlərin vəziyyəti barədə akt təqdim edilərək aidiyyəti qurumlara təqdim olunub. Hazırda araşdırmalar davam edir”.

Xatırladaq ki, fevralın 5-də Pirqulu stansiyasından 7 km cənubda Ağsu ərazisində 4,4 bal gücündə zəlzələ qeydə alınıb. Həmin zəlzələ episentrdə 5 bala yaxın, ətraf rayonlarda 4,3 bala qədər hiss olunub. Həmin gün Pirqulu stansiyasından 9 km cənub-qərbdə İsmayıllı ərazisində zəlzələ qeydə alınıb. Fevralın 9-da və 11-də də Pirqulu stansiyasından 8 və 9 km cənub-qərbdə və qərbdə yeraltı təkanlar baş verib.