XƏBƏR LENTİ

29 Oktyabr 2020
28 Oktyabr 2020

Digər Xəbərlər

01 Mart 2019 - 21:18

Rus qadınları üçün qadağan edilən 456 peşəyə yenidən baxılır –Rusiyada yeni siyahı hazırlanır

Rusiyada qadınlara qadağan edilən peşələrin yeni siyahısı bir ay müddətində qəbul olunacaq.

AZƏRTAC TASS agentliyinə istinadla xəbər verir ki, bunu Rusiyanın əmək və sosial müdafiə nazirini müavini Aleksey Çerkasov bəyan edib.

Nazir müavini bildirib ki, ikinci dəfə ictimai müzakirədən keçən siyahıya Ədliyyə Nazirliyində də baxılıb. Onun sözlərinə görə, qadınların reproduktiv sağlamlığı üçün zərərli olan peşələr onlara qadağan olunub. Siyahını hazırlayanlar cəmiyyətdə qadın peşələri haqqında bəzi stereotiplərdən də uzaqlaşmağa çalışıblar. Nazirlik rus qadınları üçün qadağan edilən 456 peşəyə yenidən baxıb: zərif cinsin nümayəndələrinin çörəkbişirmə sexlərində usta, hava, dəniz, çay və dəmiryolu nəqliyyatında, ağırtonnajlı avtomobillərdə sürücü və sosial texnikanın maşinisti işləməsinə icazə veriləcəyi ehtimal olunur. Əmək və sosial müdafiə naziri Maksim Topilin bildirib ki, bu qadağaların götürülməsi qadınların işlə təmin olunmasında müsbət rol oynayacaq.

Rusiya Prezidenti Vladimir Putin gender bərabərliyinin təmin edilməsi və rusiyalı qadınlar üçün karyera məhdudiyyətlərinin aradan qaldırılması barədə sərəncam da imzalayıb. Rusiyada qadınların işləyə bilməyəcəyi 38 sahə üzrə 456 peşənin siyahısı 1974-cü ildə sovet hökuməti tərəfindən təsdiq edilib. Onların arasında matros, bosman, maşinist, avtobus sürücüsü və digər peşələr var.