XƏBƏR LENTİ

01 Dekabr 2020
30 Noyabr 2020

Digər Xəbərlər

03 Mart 2019 - 18:46

Çində yaz tətilində 3 milyard sərnişin daşınıb –40 gün ərzində

Çində ay təqvimi ilə qeyd olunan və təxminən 40 gün davam edən yeni il tətili ilə əlaqədar ümumilikdə 3 milyarda yaxın səyahət qeydə alınıb.

AZƏRTAC Çinin Nəqliyyat Nazirliyinin yaydığı məlumata istinadla xəbər verir ki, yanvarın 21-dən martın 1-dək olan dövrdə dəmir yolu ilə 410 milyon, avtomobil nəqliyyatı ilə 2,46 milyard, hava nəqliyyatı ilə 73 milyon, su nəqliyyatı ilə 41 milyon səfər qeydə alınıb.

Fevralın 24-də dəmir yolu ilə 13,17 milyon sərnişin daşınıb ki, bu rəqəm keçənilki rekorddan 38,8 faiz çoxdur.

Qeyd edək ki, başqa adı yaz festivalı olan bu bayram ilə əlaqədar ölkədə 1 həftə qeyri-iş günləri hesab olunur. Özəl sektorda qeyri-iş günləri 40 günədək davam edir. Çinlilərin böyük hissəsi bu fürsətdən istifadə edərək, doğmalarına və yaxınlarına baş çəkməyə, habelə ölkə daxilində və xaricə gəzməyə gedirlər.