XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

06 Mart 2019 - 15:15

Nazirdən “Hədəf Nəşrləri”nin ideyasına dəstək –"Oxu günü" respublika səviyyəsində qeyd ediləcək

 

Bundan sonra hər ilin 23 aprelində “Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü” münasibətilə Azərbaycanın rayon və şəhərlərində ümumtəhsil məktəblərinin iştirakı təmin olunmaqla kütləvi “Oxu günü” tədbiri keçiriləcək.

Strateq.az xəbər verir ki, bu haqda Təhsil naziri Ceyhun Bayramov martın 4-də müvafiq əmr imzalayıb və əmrin icrasına nəzarət nazir müavini Məhəbbət Vəliyevaya həvalə olunub.

Xatırladaq ki, gənclər arasında mütaliə vərdişlərinin inkişaf etdirilməsi, kitab oxumağa marağın artırılması, bu işin cəmiyyətin bütün üzvləri arasında təbliğini aparmaq məqsədi ilə “Oxu günü” (https://www.facebook.com/oxugunu/ ) adlı sosial layihənin keçirilməsi ideyası ilk dəfə 2015-ci ilin aprel ayında “Hədəf Nəşrləri”nin təsisçisi f.ü.f.d., dosent Şəmil Sadiq tərəfindən irəli sürülüb.

Elə həmin ildən etibarən, hər ilin aprel ayında Azərbaycan Respublikası Təhsil Nazirliyi, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Heydər Əliyev Mərkəzi, Azərbaycan Milli Elmlər Akademiyası, Azərbaycan Yazıçılar Birliyi, “Hədəf Nəşrləri” və ona yaxın digər təşkilatın dəstəyi ilə “Oxu günü” tədbiri keçirilir, hər dəfə də kitabsevərlərin bayramına çevrilir. Artıq bundan sonra “Oxu günü” bütün respublika səviyyəsində keçiriləcək.