XƏBƏR LENTİ

28 Yanvar 2021
27 Yanvar 2021

Digər Xəbərlər

06 Mart 2019 - 15:52

Bu ay əlilliyə görə pensiyaların elektron qaydada təyinatına başlanacaq- Nazirlikdən açıqlama

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı ilə cari ilin əvvəlindən tətbiqinə başlanan avtomatlaşdırılmış pensiya təyinatı sisteminin əhatə dairəsi digər sosial təminat sahələri üzrə genişlənir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu ay ərzində əlilliyə görə pensiya təyinatının da elektron sistem üzərindən həyata keçirilməsinə başlamağı planlaşdırır.

Nazirlikdən Trend-ə verilən məlumata görə, bunun üçün müvafiq avtomatlaşdırılmış infrastrukturun hazırlanması işləri artıq yekunlaşır.

Yaşa görə pensiya təyinatı kimi, əlilliyə görə pensiya təyinatı barədə (pensiyanın məbləği, bank kartını əldə edəcəyi bank filialı və vaxt barədə) “sms”, e-mail və ya rəsmi məktubla məlumat veriləcək.

Nəticədə əliliyə görə pensiya təyinatında da vətəndaş-məmur təması tam aradan qalxacaq. Şəffaf və çevik pensiya təyinatı təmin edilməklə, vətəndaş məmnunluğu artacaq.

Onu da bildirək ki, pensiya təminatı sistemi 1 milyon 300 min nəfəri əhatə edir ki, onlardan 58,3 faizi yaşa görə, 11,6 faizi ailə başçısını itirməyə görə, 30,1 faizi isə əlilliyə görə pensiya alanlardır.