XƏBƏR LENTİ

04 Avqust 2020
03 Avqust 2020

Digər Xəbərlər

01 May 2015 - 06:51

Taksi sürücülərinə ciddi xəbərdarlıq olundu – Cəza veriləcək
Bakıda taksi sürücülərinə növbəti dəfə xəbərdarlıq edilib.

Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin əməkdaşı Əmrah Cəfərov bildirib ki, Avropa Oyunları dövründə Bakıda Rusiyanın Sovet dövründə istehsal olunan maşınları ilə taksi xidməti göstərən sürücülərin hamısı cəzalandırılacaq:

“Bakıda imkan verilməyəcək ki, Sovet dövründə istehsal olunana maşınlarla taksi xidməti göstərsin. Vətəndaşlar yaxşı olardı ki, iyun ayının 1-də 30-a qədər yalnız London taksilərdən istifadə etsinlər”.

Qurum rəsmisi deyir ki, Avropa Oyunlarında taksi fəliyyətilə bağlı ciddi reydlər keçiriləcək. Artıq paytaxtın taksi parklarında da yoxlamalara başlanılıb. Nöqsanların müəyyənləşdirilərək aradan qaldırılması təmin ediləcək(Ans)