XƏBƏR LENTİ

29 Oktyabr 2020

Digər Xəbərlər

07 Mart 2019 - 10:34

Hansı ölkədə analıq məzuniyyətinə görə dövlət pul ödəmir? –ABŞ bu siyahıda başda gəlir...

Dünya boyu bir çox yeni analar uşaqlarını qoyub işə geri döndüklərinə görə özlərini narahat və günahkar hiss edir. Bəziləri isə ölkələrinin analıq məzuniyyəti qanunlarının icmaların məhsuldarlığı uşaq böyütməkdən üstün tutduğunu əks etdirdiyindən narahatdır.

Martın 8-də keçirilən Beynəlxalq Qadınlar Günündən öncə “Reuters”ə müsahibə verən Birləşmiş Ştatlardan Venesuelaya, Rusiyaya kimi bir çox ölkədən analar dünyaya uşaq gətirmək və daha sonra o uşağa qayğı göstərmək üçün işləməyi dayandırmalı olduqlarına görə yaşadıqları narahatlıqlardan bəhs edib.

Britaniya və Rusiya kimi ölkələr anaları bir neçə ay və ya hətta il davam edən analıq məzuniyyəti ilə təmin edir. Birləşmiş Ştatlar isə dövlət səviyyəsində ödənişli analıq məzuniyyəti qanunu olmayan yeganə ölkədir.

Texas ştatının San Antonio şəhərində yaşayan Loren Hofman səkkiz həftəlik analıq məzuniyyətindən sonra işə geri dönüb. Bu məzuniyyətin bir hissəsi ödənişsiz olub: “Ailə Tibbi Məzuniyyət Aktı bizi 12 həftəlik məzuniyyətlə təmin edir, amma iş yerləri məzuniyyəti ödənişli etmək məcburiyyətində deyil. Biz sadə məzuniyyət günlərimizdən istifadə edirik”.

Belarusda isə 28 yaşlı Alesia Rutseviç üçün vəziyyət fərqlidir. Onun oğlu üç il öncə dünyaya gəlib və oftalmoloq olan Alesia hələ indi işinə qayıdır: “Belarusdakı analıq məzuniyyəti qanununa əsasən, qadınlara doğuşdan öncə 70 gün, doğuşdan sonra isə 56 gün boyunca maaşları ödənilir. Analıq məzuniyyəti üç ilədək davam edə bilər.

“Üç il bir uşağı böyüdüb, təməl davranışlar və tərbiyənin əsasını qoymaq, komanda şəklində, uşaqlarla, valideynlərlə necə rəftar etməli olduğunu öyrətmək üçün kifayətdir. Üç ildən az olması yaxşı deyil, çünki bəzi uşaqlar tez, bəziləri daha gec inkişaf edir. Amma üç yaşında onlar artıq kiçik yetişkin olur”– Alesia deyir.

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının 2016-cı ildə yaydığı hesabatda bildirilir ki, İƏİT ölkələrində analar ortalama 18 həftə analıq məzuniyyəti haqqına sahibdirlər. (amerikanın səsi)