XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

07 Mart 2019 - 19:06

AQTA xəbərdarlıq etdi:"Saxta sertifikatlarla bağlı cinayət məsuliyyəti nəzərdə tutulub"

Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən qida təhlükəsizliyinin təmin olunması istiqamətində həyata keçirilən nəzarət və yoxlama tədbirləri zamanı idxal olunan yeyinti məhsullarına verilən qida təhlükəsizliyi sertifikatlarının bəzi sahibkarlıq subyektləri tərəfindən saxtalaşdırılması halları aşkar olunub.

Strateq.az xəbər verir ki, bu barədə AQTA məlumat yayıb.

Agentlikdən bildirib ki, bu kimi qanunazidd əməllər yolverilməzdir və həmin fəaliyyətlərlə məşğul olan şəxslər üçün qanunvericilikdə müvafiq qaydada cinayət məsuliyyəti nəzərdə tutulub: “AQTA bir daha bu kimi qanunsuz fəaliyyətlə məşğul olan şəxslərdən öz əməllərindən çəkinməyi tələb edir və bildirir ki, aparılan nəzarət tədbirləri çərçivəsində aşkar olunmuş faktlarla bağlı qanunvericilik çərçivəsində ən sərt tədbirlər həyata keçiriləcək”.