XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

08 Mart 2019 - 10:09

Yaxın Şərqdə varlıların sayı iyirmi faiz artacaq –63 faiz multimilyoner öz sərvətlərini artırıb 

Yaxın beş il ərzində Yaxın Şərq regionunda ultra zəngin insanların sayının 20 faiz artacağı proqnozlaşdırılır.

AZƏRTAC “Knight Frank” beynəlxalq konsaltinq şirkətinin tədqiqatlarının hesabatına istinadla xəbər verir ki, 2018-ci ildə 63 faiz multimilyoner öz sərvətlərini artırıb və bədbin iqtisadi proqnozlara baxmayaraq, bu tendensiya yaxın beş ildə davam edəcək.

Tədqiqatda, həmçinin lüks sinif daşınmaz əmlakın qiymətlərinin dinamikası qeyd olunur: 2018-ci ildə Dubayda daşınmaz əmlakın qiyməti 3,4 faiz aşağı düşüb. Bu gün Dubayda 1 milyon dollara 143 kvadratmetr elit yaşayış ərazisi almaq olar, Monakoda isə bu qiymətə ancaq 16 kvadrat metr əmlak almaq mümkündür.

Hesabatda vurgulanır ki, neftin qiymətinin aşağı düşməsinə, ABŞ dollarının məzənnəsindəki və ipoteka kreditləri siyasətindəki dəyişikliklərə baxmayaraq ultrazəngin insanlar Dubayın daşınmaz əmlakına sərmayə yatırmağa davam edirlər. Misal olaraq bildirilir ki, keçən il daşınmaz əmlak sahəsində 142 millətin nümayəndələri, o cümlədən Hindistan, Pakistan, Çin və Rusiya sərmayəçi qismində çıxış ediblər.