XƏBƏR LENTİ

25 Yanvar 2021
24 Yanvar 2021

Digər Xəbərlər

09 Mart 2019 - 00:01

Rumıniyada qripdən ölənlərin sayı artır

Rumıniyada qripdən ölənlərin sayı 166-ya çatıb. Sonuncu dəfə Buxarestdə 69 yaşlı kişi A tipli qripdən ölüb.

Bu barədə Rumıniyanın Epidemiyalara Nəzarət Milli Mərkəzi məlumat yayıb. Məlumatda ölənlərin qrip əleyhinə peyvənd edilməyən şəxslər olduqları bildirilib. Qeyd edək ki, yanvarın sonunda səhiyyə naziri Sorina Pintea ölkədə qrip epidemiyasının olduğu barədə məlumat vermişdi.