XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

14 Mart 2019 - 10:12

Sosial Adaptasiya Mərkəzinin strukturu və işçilərin say həddi təsdiqləndi –Hökumətdən qərar

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun nəzdində penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslər üçün Sosial Adaptasiya Mərkəzinin strukturu təsdiq edilib və işçilərinin say həddi müəyyən edilib.

Strateq.az Nazirlər Kabinetinə istinadən bildirir ki, bu barədə Baş nazir Novruz Məmmədov qərar imzalayıb.

Qərara əsasən, Sosial Adaptasiya Mərkəzinin işçilərinin say həddi 42 vahid müəyyən edilib.

Mərkəzin strukturu isə inzibati idarəetmə heyəti, Sosial reabilitasiyanın təşkili, Təsərrüfat və xidmət şöbələrindən ibarət olacaq.