XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

15 March 2019 - 02:02

Naxçıvanda Novruz bayramının qeyd ediləcəyi ünvan bilindi –"Naxçıvanqala"da

Novruz bayramı hər il Naxçıvanda xüsusi təntənə ilə keçirilir. Bu ənənəyə sadiq olaraq Novruz bayramı bu il “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində qeyd olunacaq. 

Strateq.az NAXCİVANXEBERLERİ.COM-a
istinadla xəbər verir ki, bayram şənliyi martın 19-da saat 11:00-da başlayacaq.

Şənliklər çərçivəsində xalq yaradıcılığı və folklor nümunələrimiz, milli musiqi və yallılarımız, rəngarəng konsert proqramları, teatr tamaşalarından səhnəciklər şənlik iştirakçılarına təqdim ediləcək.

Burada həmçinin milli mətbəx nümunələrimiz də bayram tədbirinin iştirakçılarına təklif ediləcək.