XƏBƏR LENTİ

02 Dekabr 2020
01 Dekabr 2020

Digər Xəbərlər

16 Mart 2019 - 20:33

Komitə sədri:"İlin sonunadək 3700 məcburi köckün ailəsi yeni mənzillərə köcürüləcək"

Məcburi köckünlərin yeni mənillərə köcurulməsi davam edəcək.

“Report”un Qarabağ Mərkəzinin verdiyi məlumata görə, bu barədə Qacqınların və Məcburi Köckünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev məlumat verib.

Komitə sədri “Report”a müsahibəsində bildirib ki, ilin sonuna qədər Bakı ilə yanaşı bölgələrdə məskunlaşan məcburi köckünlərin də yeni mənzilərə köcürülməsi davam edəcək. İlin sonuna qədər 3700 məcburi köckün ailəsinin dövlət komitəsi tərəfindən yeni tikilən şəhərciklərə köcürülməsi nəzərdə tutulub.

İlk növbədə qəzalı binalarda, zirzəmilərdə çətin şəraitdə yaşayan ailələr köçürüləcək.

Komitə sədri həmcinin qeyd edib ki, Heydər Əliyev Fondu tərəfindən yeni şəhərciklərin tikilməsi nəzərdə tutulub. Bu mənzillər 2000 məcburi köçkün ailəsini əhatə edəcək.

R.Rzayev həmçinin Bayıl qəsəbəsində təhlükəli ərazidə yaşayan məcburi köçkünlərin də köçürülməsi üçün işlərin başlandığını bildirib. O, bu istiqamətdə yerli rayon icra hakimiyyətində işlərin aparıldığını və 27 ailənin köçürüləcəyini qeyd edib.