XƏBƏR LENTİ

04 Avqust 2020

Digər Xəbərlər

01 May 2015 - 11:01

“Azərbaycanda işsizlik 4,9 faizə enib” – Nazir müavini

cenevre-.JPG

Cenevrədə (İsveçrə) Beynəlxalq Əmək Təşkilatının (BƏT) Şərqi Avropa və Mərkəzi Asiya ölkələrində gənclərin əmək bazarına çıxışının dəstəklənməsi məsələlərinə həsr olunmuş regional konfransı keçirilib.

Strateq.az xəbər verir ki, Şərqi Avropa və Mərkəzi Asiya ölkələrindən çoxsaylı nümayəndələrin iştirak etdiyi beynəlxalq səviyyəli tədbirdə Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Mətin Kərimlinin rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edib.

Konfransın yüksək səviyyəli panel iclasında çıxış edən M.Kərimli hazırda qlobal məkanda xüsusi aktuallıq kəsb edən işsizlik probleminin aradan qaldırılması sahəsində Azərbaycanın uğurlu iş təcrübəsi barədə dolğun məlumat verib.

Nazir müavini son 10 ildə 1 milyon 360 min, yalnız cari ilin ilk rübündə 30 minədək yeni iş yerinin açılması ilə nəticələndiyini vurğulayıb. M.Kərimli ötən ilin sonlarına olan məlumata görə, işsizliyin Avropa məkanında 11,5 faiz, Avropa Birliyində 10 faiz olduğu halda, Azərbaycanda 4,9 faizə endiyini bildirib. O həmçinin respublikada gənclər arasında işsizliyin 9,9 faiz olmaqla, dünyanın digər ölkələrindəki müvafiq göstəricidən xeyli aşağı olduğunu qeyd edib, ölkəmizdə gənclərin məşğulluğuna dəstək məqsədilə görülən kompleks tədbirlərdən söz açıb.

Strateq.az