XƏBƏR LENTİ

02 Dekabr 2020
01 Dekabr 2020

Digər Xəbərlər

22 Mart 2019 - 22:14

Bakıda ilk dəfə Birinci Qlobal Mühəndislik Simpoziumu keçirilib –FOTO

Almaniyada yaşayan “Azərbaycanlı Tələbə və Elmi İşçilər Birliyi“nin ( almanca: VASW e.V. ) və Horizon Təhsil Agentliyinin (ingiliscə: Horizon Education Agency) təşkilati dəstəyi, eləcə də Metak MMC və Azerstar MMC-nin sponsorluğu ilə Azərbaycanda ilk dəfə  Birinci Qlobal Mühəndislik Simpoziumu keçirilib.

Martın 16-da baş tutmuş elmi simpozium bir günlük proqram əsasında 5 paneldən ibarət olmaqla günboyu fasilələrlə davam edib. Hər paneldə 3 spikerin təqdimat etdiyi simpoziumda yerli və xarici 15 mütəxəssis çıxış edib. Almaniya, Avstriya, Polşa, Türkiyə, Malayziya və Rusiyanın universitetlərində çalışan professor və doktorantlar elmi simpoziumda mühəndisliyin beş sahəsini əhatə edən mövzularda təqdimat keçiriblər. Xarici spikerlərlə yanaşı, xaricdə təhsil almış azərbaycanlı gənc mütəxəssislərin də çıxışları auditoriyada maraq doğurdu. Əsası Bakı Mühəndislik Universiteti və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) tələbələrindən ibarət olan auditoriyadan gələn suallarla qısa da olsa, maraqlı elmi diskussiya yaranırdı.  Hər paneldə mövzular Neft və Qaz mühəndisliyi, Kimya, Mexanika Mühəndisliyi, İnformasiya Texnologiyası və Geologiya elmləri üzrə təşkil olunmuşdu.

Simpoziumun əsas məqsədi azərbaycanlı tələbələrlə xarici professor və mütəxəssislər arasında elmi və informasiya şəbəkəsinin yaranmasına töhfə verməkdir. Belə ki, tələbələrin gün boyu davam edən tədbirdə xarici professor və doktorantlarla ünsiyyət imkanından faydalanaraq xaricdə ödənişli və ya ödənişsiz əsaslarla təcrübə keçmək şansı qazanması nəzərdə tutulur. Eyni zamanda, “BP”, “SOCAR” başda olmaqla, Kca Deutag , Schlumberger kimi şirkətlərlərin nümayəndələri ilə birbaşa əlaqə yaratmaqla tələbələrə iş və təcrübə keçmək imkanı verildi. Belə ki, səhər saat 10-dan başlayan panellər saat 17-dək davam etdi. Buna baxmayaraq auditoriyanın sayı və aktivliyi azalmadı. Əksinə, İnformasiya Texnologiyası panelini dinləmək məqsədilə yeni tələbə qrupları tədbirə qatıldı. Bu baxımdan xarici spikerlərin tədbirlə bağlı təəssüratı yüksək oldu. Yüksək dəyərləndirilən həm də tədbirin məhz azərbaycanlı gənclərin öz ideyası, səyi və zəhməti ilə, dövlət dəstəyi olmadan ərsəyə gətirilməsi oldu. Tədbirin mediada işıqlandırılmasına, televiziya kanallarının dəvətinə isə BDU-nun professoru, jurnalist Qulu Məhərrəmli köməklik göstərib.

Qeyd edək ki, tədbir xarici spikerlərin də iştirakı və beynəlxalq müstəvidə olduğundan ingiliscə təşkil olunmuşdu. Sonda iştirakçılara sertifikat verilib. Tədbirdə Yüksək Texnologiyalar Naziriliyindən nümayəndə və deputat Aydın Hüseynov çıxış edib.