XƏBƏR LENTİ

14 Avqust 2020
13 Avqust 2020

Digər Xəbərlər

24 Mart 2019 - 10:50

Buzovna, Nardaran və Bilgəh qəsəbələrinə işıq fasilə ilə veriləcək –"Azərişıq"dan açıqlama

“Bu gün saat 11:00-dan 14:00-a qədər Xəzər rayonunun Buzovna (Albalılıq yaşayış sahəsi), Nardaran və Bilgəh qəsəbələrinin bir hissəsinə elektrik enerjisinin verilişində qısamüddətli fasilələr yaranacaq”.

Bunu “Report”a “Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev deyib. T.Mustafayevin sözlərinə görə, fasilə Xəzər rayonu ərazisindəki elektrik veriliş xəttlərində aparılan təmir-bərpa işləri ilə əlaqədardır. Yaranacaq narahatlığa görə “Azərişıq” abunəçilərdən üzr istəyib.

Qeyd edək ki, martın 22-də həmin qəsəbələrin digər ərazilərində də yenidənqurma işləri aparılıb. Xatırladaq ki, 2019-cu ilin əvvəlində Bakının Binəqədi, Xəzər rayonları da daxil olmaqla, ölkənin 10-dan artıq regionuna “Azərişığ”ın texnika ilə yüklənmiş maşın karvanı göndərilib.