Xəbər verdiyimiz kimi, məşhur meyxanaçı Aydın Xırdalanlı uzun sürən ağır xəstəlikdən (qaraciyər serrozu) sonra ötən gün dünyasını dəyişib.
Mərhum meyxanaçının nəşi Xırdalanda yerləşən Cümə məscidinə gətirilib. A.Xırdalanlının yas mərasiminə qohumları, yaxın dostları, həmkarları Rəşad Dağlı, Mehman Əhmədli və digər söz ustadları qatılıb.