XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

25 March 2019 - 19:28

Naxçıvana qar yağıb –FOTOLAR

Martın 25-də Naxçıvan şəhərinə qar yağıb. Muxtar respublikanın dağ kəndlərinə martın 24-də axşam saatlarından yağan qar daha intensiv olub.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, hazırda muxtar respublikanın ərazisində yağıntılı hava şəraiti hökm sürür. Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya İdarəsinin baş mütəxəssisi Əli Cahangirovun verdiyi məlumata görə, muxtar respublika ərazisində qarlı hava martın 27-dək davam edəcək.