XƏBƏR LENTİ

28 Noyabr 2020
27 Noyabr 2020

Digər Xəbərlər

27 Mart 2019 - 20:12

İcra başçısı sahibkarlarla görüşdü:"Dövlət sizə zəmanət verə bilmir"

Bu gün Nizami rayon icra hakimiyyətinin rəsmi şəxsləri “Diqlas” TM-də malları yanan sahibkarları qəbul edib. 

Görüş zamanı şikayətlər dinlənilib. İcra başçısı Arif Qasımov qeyd edib ki, “Diqlas”dakı yanğınla bağlı araşdırmalardan sonra yekun qərar veriləcək:

“Sizin hüquqlarınız dövlət tərəfindən qorunacaq. Biz sizi müdafiə edəcəyik. İstintaqla bağlı gedişat izlənəcək və məlumat veriləcək. Bu ərəfədə hüquqlarınızın tapdalanmamasına zəmanət veririk. Lakin pulunuza görə dövlət sizə zəmanət verə bilmir, çünki araşdırmalar gedir. Bu dəqiqə sizə pul verəcəyimizlə bağlı nəsə deyə bilmirəm”.

İcra baçısı sahibkarların  “Bizi yola verməyin” sözlərini belə cavablandırıb:

“Tələbləriniz qəbul olundu və yola vermək məsələsi heç zaman olmayacaq”.

Yenisabah.az