XƏBƏR LENTİ

17 Fevral 2020
16 Fevral 2020

Digər Xəbərlər

29 Mart 2019 - 17:13

Naxçıvan Ali Məclisinin deputatı Yerevanda Göy məscidi ziyarət edib –FOTO

Ermənistanın paytaxtı İrəvan şəhərində Avropa Birliyi-Şərq Tərəfdaşlığı formatı platformalarından biri olan Şərq Tərəfdaşlığının Regional və Yerli Hakimiyyətlər Konfransının 14-cü Büro toplantısı öz işinə başlayıb.

“Report” xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, CORLEAP-ın Bürosunun üzvü Anar İbrahimov Ermənistanın paytaxtı İrəvan şəhərində səfərdə olaraq qurumun toplantısında iştirak edib.

Deputat Azərbaycanın qədim və tarixi diyarı, İrəvan xanlığının mərkəzi olan eyniadlı şəhərdəki Göy məscidi də ziyarət edib. Anar İbrahimov bununla bağlı özünün sosial şəbəkə hesabında fotolar paylaşıb və yazıb: “Bu gün fürsət tapıb İrəvanda Göy Məscidi ziyarət etdim. 1766-cı ildə İrəvan Xanı Hüseynəli xanın tikdirdiyi Göy Məscid şəhərin türk-islam siyasi, dini və mədəni irsindən qalan yeganə yadigarımızdı. Ziyarət və ibadət etdim. Allah təalanın tanıdığı bu fürsətə görə min şükür! İnşallah illər sonra da İrəvanın mərkəzində yerləşən bu abidə millətimizin şanlı keçmişinin işarəsi kimi hər zaman bizləri özümüzə və özgələrə xatırlatmağa davam edəcək”.