XƏBƏR LENTİ

21 Oktyabr 2020
20 Oktyabr 2020

Digər Xəbərlər

15 Mart 2019 - 14:32

Media monitorinq qrupu fevral ayı üzrə hesabatı təqdim edib

Media Consulting and Services media monitorinq qrupu 01-28 fevral 2019-cu il dövrü üzrə məlumatların hesabatına yekun vurub.

Media monitorinqin əhatəsinə daxil olan məlumatlar say, xarakter və məzmun üzrə təhlil olunub, sektorlar üzrə şirkətlərin media reytinqi hesablanıb.

Qeyd edək ki, Şirkətin media monitorinq qrupu 12 Televiziya kanalı, 13 radio dalğası; 55 çap və 600 onlayn media daxil olmaqla 680-dən çox mənbəni, eyni zamanda sosial şəbəkələri izləyir. Şirkət hazırda 22 sektorun, o cümlədən Enerji-yanacaq, Telekommunikasiya, Bank, Sığorta, Otelçilik və Turizm, İnşaat, Ərzaq, Tibb, İçki, Avtomobil, Təhsil və sair sahələrin media monitorinqini aparır.

Aparıcı 5 sektor üzrə adı mediada ən çox adı hallanan qurumların ilk beşliyini təqdim edirik.

Mobil rabitə

Azercell 1598

Nar mobile 1297

Bakcell 689

Bank sektoru

ABB 2002

Kapital Bank 943

Paşa Bank 743

Accessbank 520

Bank Respublika 508

Sığorta sektoru

Azsıgorta 230

Atəşgah 159

Atəşgah həyat 80

PAŞA 77

AXA MBASK 65

Ali məktəblər

BDU 3591

UNEC 1424

ADU 1114

ATU 860

BANM 700

Hotel

Excelsior 145

Landmark 131

Ambassador 111

JW Marriott Absheron 61

Hilton 55

Qeyd edək ki, aylıq nəticələr agentliyin facebook, twitter və web səhifələrində də yerləşdirilib

Əlavə etmək istərdik ki, elan olunan statistika yalnız say göstəricilərini ifadə edir. Media Consulting and Services reklam haqqında qanunvericiliyi və biznes etikasını nəzərə alaraq qurumlar haqqında dərc olunan məlumatların keyfiyyət və tonallıq (pozitiv, neytral və neqativ) üzrə statistikasını mətbuata açıqlamır. Ətraflı məlumat əldə etmək və media monitorinq qrupu tərəfindən hazırlanan geniş hesabata abunə olmaq istəyən şəxslər [email protected] ünvanına və 012-5678461 telefon nömrəsinə müraciət edə bilərlər.

Media Consulting and Services Qrupu 2004-cü ildən fəaliyyət göstərir. Fəaliyyətimizin əsas istiqamətləri – media monitorinq, media və ictimaiyyətlə əlaqələr, sosial media marketinq, tədbirlərin təşkili və s. xidmətlərdir. Media Consulting and Services hazırda bir çox yerli və xarici brendlərə peşəkar xidmət göstərir.