XƏBƏR LENTİ

22 Yanvar 2021
21 Yanvar 2021

Digər Xəbərlər

01 Aprel 2019 - 17:42

Ağsu rayonunda torpaq sürüşməsi baş verib –FOTO

Ağsu-Xanbulaq avtomobil yolunda torpaq sürüşməsi nəticəsində hərəkət məhdudlaşıb.

Bu gün səhər saatlarında Ağsu rayonunda dağda yaranmış sürüşmə nəticəsində Ağsu-Xanbulaq avtomobil yolunun təqribən 7-ci km-də yolun hərəkət hissəsinə dağın yamac hissəsindən torpaq qatı axaraq tökülüb. AAYDA-nin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, nəticədə yol ilə hərəkət qısa müddətlik məhdudlaşıb.

Dərhal əraziyə Azərbaycan Avtomobil Yolları Dövlət Agentiyini texnika və canlı qüvvəsi cəlb olunaraq qısa müddət ərzində yaranmış problem aradan qaldırılıb və yol ilə hərəkət bərpa olunub.
Qeyd edək ki, ərazi aktiv sürüşmə zolağında yerləşir və torpaq uçqununa intensiv yağışlar səbəb olub.