XƏBƏR LENTİ

23 Yanvar 2021

Digər Xəbərlər

02 Aprel 2019 - 19:28

“Diqlas”dakı sahibkarlar ticarət obyektləri ilə təmin olundu –Nazirlikdən açıqlama

İqtisadiyyat Nazirliyi tərəfindən ticarət mərkəzləri ilə aparılmış danışıqların nəticəsində əldə olunmuş razılaşmaya əsasən, Bakının Nizami rayonunda yerləşən ticarət mərkəzində baş vermiş yanğında zərər çəkən sahibkarlara 8 ticarət mərkəzi təklif olunub.

Nazirlikdən Strateq.az-a verilən məlumata görə, artıq 20-ə yaxın sahibkar 5 ay icarə haqqı ödənilməmək şərti ilə “Aygün” və “Sədərək” ticarət mərkəzlərində, Dərnəgül şossesində yerləşən “Eurohome” tikinti bazarında ticarət obyektləri ilə təmin olunub.

Sahibkarların ticarət mərkəzlərində yerləşdirilməsi prosesi davam etdirilir.