XƏBƏR LENTİ

21 Yanvar 2021
20 Yanvar 2021

Digər Xəbərlər

04 Aprel 2019 - 18:18

Xəzər Universiteti  dünyanın ən yaxşı universitetləri sırasına daxil edilib –Beynəlxalq reytinq cədvəli açıqlandı

“Times Higher Education” ilk dəfə BMT-nin “Dayanıqlı İnkişaf Məqsədləri”nə (DİM-lər) əsaslanan, sosial və iqtisadi töhfələrinə görə fərqlənən ən yaxşı dünya universitetlərini müəyyən edərək “THE University Impact Rankings 2019” reytinq cədvəlini nəşr edib.

Bu barədə Strateq.az-a ali məktəbdən məlumat veriblər.

2019-cu ildə nəşr edilən bu yeni reytinq cədvəlinə Azərbaycandan yeganə ali məktəb – Xəzər Universiteti daxil edilib. Xəzər universiteti “Təhsilin keyfiyyəti” üzrə «301+»,  “Sənaye, innovasiya və infrastruktur” üzrə isə 201-300-cü sırada qərarlaşıb. “Times Higher Education”in tarixində ilk dəfə Azərbaycandan bir universitet reytinq siyahısına daxil edilir. Reytinqin ilk nəşrinə 76 ölkədən 462 universitet salınıb.

Xəzər Universitetinin bu siyahıya daxil olması Azərbaycan təhsil sistemi adına böyük nailiyyətdir və universitetin tədris, tədqiqat və biliyin ötürülməsi sahəsində “Dayanıqlı İnkişaf Məqsədləri”nə dəstəyini təsdiq edir. BMT-nin DİM-ləri bütün ölkələrdə düzgün iqtisadi və sosial davamlı inkişafa nail olmaq üçün nəzərdə tutulmuş məqsədlərdir. Bunlar 2015-ci ildə daha yaxşı dünya yaratmağın yolunun əməkdaşlıqdan keçdiyini vurğulamaq məqsədilə BMT üzv ölkələri tərəfindən qəbul olunub.