XƏBƏR LENTİ

28 May 2020
27 May 2020

Digər Xəbərlər

29 Fevral 2016 - 11:09

Bakı-Şamaxı yolunun çökən hissəsindəbərpa işləri başladı

 

road_repair_020915_01

 

"Azəryolservis" Açıq Səhmdar Cəmiyyəti fevralın 27-də Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Şərədil kəndi ərazisindən keçən hissəsində baş vermiş çökmənin aradan qaldırılmasına başlayıb.

 

Strateq.az trend.az-a istinadən xəbər verir ki, bu barədə "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli məlumat verib.

 

Qurum rəsmisi bildirib ki, bu gün "Azəryolservis" ASC tərəfindən yolda sürüşmənin fəsadlarının və qarşısının alınması istiqamətində işlərə başlanılıb.

 

Xatırladaq ki, fevralın 27-də adıçəkilən ərazidə baş verən sürüşmə nəticəsində yolun bir tərəfində hərəkət istiqamətində çökmə baş vermişdi. Hadisə nəticəsində avtomobillərin yolun digər zolağı ilə hərəkəti təmin edildiyindən yol bağlanmamışdı.