XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

05 Aprel 2019 - 12:39

AMEA Dilçilik İntitutunun direktoru:"Quşların adının dəyişdirilməsi təxribatdır"

“Dilçilik İnstitutu quşların adlarının dəyişdirilməsi ilə bağlı təklif verməyib, bu təxribatdır”.

Bu sözləri ONA-ya AMEA-nın Nəsimi adına Dilçilik İntitutunun direktoru Möhsün Nağısoylu söyləyib. Akademik bildirib ki, AMEA Zoologiya İnstitutunun Elmi Şurası dəyişikliklər barədə Dilçilik İntitutunu məlumatlandırmayıb.

AMEA-nın Dilçilik İnstitutu Terminologiya şöbəsinin müdiri Sayalı Sadıqova da dəyişikliyi təxribat adlandırıb: “Onların bizə demədən belə bir dəyişiklik etməsi yolverilməzdir. Quşların adı dəyişdirilə bilməz. Biz indi Zoologiya İntitutu ilə əlaqə saxlayacağıq”.

Qeyd edək ki, AMEA Zoologiya İnstitutu Elmi Şurasının aprelin 3-də keçirilən iclasında bəzi quş növlərinin yerli adları müzakirə edilib. Müzakirəyə çıxarılan 140 növün adları arasından 20 quş növünün yerli adları ornitoloqların təklifi ilə dəyişdirilib. Qərara əsasən, maygülü – batağan, böyük qartalça və ya çığırğan qartalça – böyük xallı qartal, ördəktutan qızılquş – sərçəçalan, cek və ya gözəl cek – gözəl dovdaq, qəşəng durna – telli durna, trinqa – otluq cüllütü, bekas – meşə cüllütü, sterna – sümrü, adi sitta – adi fitçi, qırmızıqanad tixodrom – qırmızqanad qaya quşu, kölgəlik yarpaqgüdəni – sin-sin yarpaqgüdəni, ilanboyun – adi buruqboyun, alacəhrə – alaçöhrə, toğlugötürən – saqqallı kərkəs, leşyeyən qartal – leşyeyən ağkərkəs, sultan toyuğu – sultan quşu, torağay – turağay, sarıdimdik qarğa – sarıdimdik dolaşa, tuvik – tüviy, anqut – qırmızı ördək adlandırılıb.